Sumqayıtda 18 yaşlı gənc İTKİN DÜŞDÜ

Baxış sayı:
2527

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan Şirinov Fuad İzzət oğlu iyunun 26-da saat 14:30 radələrində işə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Ailə üzvləri bildiriblər ki, gənc evdən çıxarkən üzərində telefon olmayıb: “Qəsəbədə yerləşən “Qayalı” marketdə işləyir. İş vaxtı mobil telefon icazə vermədiklərinə görə, evdə qoyub. İşlə maraqlanmışıq, işə də getməyib. Evdən çıxarkən əynində “Qayalıt” market yazısı olan qırmızı köynək olub. Ailədə də heç bir problemi yoxdur. Polisə də müraciət etmişik”.
Şəkildəki oğlanı görənlərdən polisə və ya 051- 312 - 66 - 62 nömrəli telefona zəng vurmaları xahiş edilir.