Sulutəpədə üzünü it parçalayan Hüseyn evə buraxıldı

Baxış sayı:
14962

Aprelin 16-da Sulutəpədə üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişov artıq evə buraxılıb. 

Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

"Uşağın vəziyyəti yaxşıdır və artıq evə buraxılıb. Təyin olunan vaxtlarda o, xəstəxanaya gələcək və peyvənd vurulacaq", - nazirlikdən qeyd edilib. 

Qeyd edək ki, azyaşlı qonşunun uşağı ilə oynayan zaman sahibsiz it qəfil uşağa hücum edib və onun üzünü parçalayıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 

İt quduz olduğu üçün uşağın üzünü parçalaladıqdan üç gün sonra ölüb.