Sui-qəsd silahları ələ keçirildi: ABŞ-dan GÖNDƏRDİLƏR

Baxış sayı:
5173

İstanbulda Ticarət Nazirliyi Gömrük Mühafizəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatda 4 ayrı yükdə 48 ədəd sui-qəsd silahı ələ keçirilib.
 
İstanbul Gömrük Mühafizəsinin əməkdaşları qaçaqmalçılıqla mübarizə çərçivəsində İstanbul Poçt Gömrük İdarəsində aparılan yoxlamalar zamanı riskli görünən bir yükü yoxlamağa başlayıb. "CNC Xarrat Dəzgahı Hissələri" olaraq bəyan edilən poçt, əvvəl x-ray, dara sonra fiziki olaraq yoxlama aparılıb. Aparılan axtarışda paketin içərisində maşın hissələrinin arasında zulalanmış şəkildə 24 ədəd silah üst mexanizmi, aksam və hissələri aşkar edilib.
Ələ keçirilən silahların geri qalan hissələrinin müəyyən edilməsi üçün gömrük mühafizə əməkdaşları İstanbulda on minlərlə yükü nəzarətə götürüblər. Üç gün sonra yenə İstanbul Poçt Gömrük İdarəsində fərqli bir adama gələn şübhəli bir paket daha araşdırılmaq üçün götürülüb. Aparılan araşdırmada maşın hissəsi kimi bəyan edilən yükün içərisində 8 ədəd silah mexanizmi olduğu müəyyən edilib. Araşdırmalarını dərinləşdirən heyət, həmçinin 2 fərqli yükdə daha 16 ədəd silah mexanizmi ilə silahlara aid sursat “maqazini” ələ keçirib.
 
Silahların ABŞ-dan göndərildiyi aşkar edilib
 
Aparılan araşdırmalar nəticəsində alıcı və mal göndərən yaxalanmamaq üçün ictimaiyyətdə sui-qəsd silahı kimi tanınan tapançaları hissələrə ayırdığı, hissələrin ABŞ-dan fərqli günlərdə, ayrı-ayrı paketlərdə, fərqli mal göndərən və alıcılar adına göndərildiyi ortaya çıxıb. Ələ keçirilən ümumilikdə 48 ədəd sui-qəsd silahı mexanizmləri və karqonun alıcıları müəyyən edilərək altı fərqli ünvanda eyni vaxtda əməliyyat keçirilib. Aparılan əməliyyatlar nəticəsində nəzarətə alınan şübhəlilərin terror təşkilatları ilə əlaqələri araşdırılır.
Müxalifət.az