Səudiyyənin zorla saxladığı gənc qız haqqında qərar verildi

Baxış sayı:
11239

Ölkəsinə göndərilməmək üçün Tailandın paytaxtı Banqkokdakı otel otağına barrikada quran 18 yaşlı Səudiyyə Ərəbistanlı Rahaf Məhəmməd əl Kunun üçün məhkəmə qərarı açıqlanıb.
 
Qeyd edək ki, qısa müddətdə dünyanın diqqətini cəlb edən bu hadisədə insan haqları təşkilatları gənc qızın Avstraliyaya gedişinə icazə verilməsini istəyir.
Gənc qızın vəkili Tailand məhkəməsinin Rahaf Kunun Səudiyyə Ərəbistanına deportasiya edilməməsi barədə qərar verdiyini bildirib.
Qeyd edək ki, Səudiyyəyə ailəsinin yanına qayıtmaq istəməyən əl Kunun saxlanıldığı otel otağına barrikada qurmuşdu. İnsan Haqları İzləmə Təşkilatı, (HRW) Əl Kununun BMT rəsmiləri ilə görüşənə qədər otel otağından çıxmayacağını bildirmişdi.
Xatırladaq ki, 18 yaşlı Kunun Səudiyyə Ərəbistanı diplomatları tərəfindən Tailandın paytaxtı Banqkok hava limanında saxlanılmışdı və onun Səudiyyəyə göndərilməsi tələb olunmuşdu.
Müxalifət.az