Səudiyyənin vəliəhd şahzadəsi Evangelistlərə sığınıb

Baxış sayı:
457

ABŞ-ın “Axion” xəbər saytı, şahzadə Məhəmməd bin Salmanın keçən həftə ABŞ hakimiyyətinə yaxın bir qrup Evangelistlə Ər-Riyadda görüşdüyünü iddia edib.
 
Xəbərdə, bin Salmanın görüşdə jurnalist Camal Qaşıqçı cinayətində məsuliyyəti olanları cəzalandıracağını və Evangelist öndərlərindən bu hadisənin diqqətlərini İrandan çevirməsinə imkan verməmələrini istədiyi bildirilib.
Xəbərdə, Evangelistlərlə Məhəmməd bin Salmanın görüşünü İsrail-ABŞ ikili vətəndaşı olan, daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahuya müşavirlik edən sui-qəsd nəzəriyyə romanlarının müəllifi olan Evangelist Joel Rozenberqin təşkil etdiyi irəli sürülüb.
 
"Görüşü təşkil edən" müəllifin sözləri
 
“Axion”-a açıqlama verən Rozenberq, görüş zamanı Səudiyyə şahzadəsinin tez-tez prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə, İran və Rusiyanı tənqid etdiyini qeyd edib.
Rozenberqin, "Şahzadə düşmənlərinin bu vəziyyəti sui-istifadə etdiyini və vəziyyəti kəskinləşdirdiyini deyirdi" deyə söylədiyi xəbərdə yer alıb.
Bundan başqa, Rozenberq, Qaşıqçı cinayətinə qarışanları cəzalandıracağını iddia edən Səudiyyə vəliəhd şahzadəsinin görüşdə, İranın cinayət işləyənləri məhv etdiyini, Rusiya və Türkiyədə də vəziyyətin belə olduğunu irəli sürdüyünü bildirib.
Xəbərə görə, bin Salmanın bu görüşü ABŞ prezidenti Donald Trampa bir sıra mesajlar çatdıracaq bir vasitə kimi istifadə etdiyini dilə gətirən Rozenberq, "İki mesajı vardı. Qaşıqçı cinayətinin qəbul edilməz olduğunu, Səudiyyə Ərəbistanı xalqı üçün həyatı daha da yaxşı vəziyyətə gətirəcəyini, İran, Müsəlman Qardaşları, Əl-Qaidə, İŞİD kimi düşmənlərə qarşı islahatları aparmaq məsələsində onu kimsənin dayandıra bilməyəcəyini deyirdi" deyə söyləyib.
Müxalifət.az