Səudiyyənin bu aeroportu partladılacaqdı, lakin...

Baxış sayı:
5428

Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri Nəcran hava limanına hücuma hazırlaşan husilərə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib. Muxalifet.az xəbər verir ki, bu sözləri ərəb koalisiyasının nümayəndəsi Turki əl-Maliki deyib. O, PUA-nın üzərinə husilər tərəfindən partlayıcı quraşdırıldığını bildirib. Qeyd edək ki, Yəməndəki üsyançı husilər mütəmadi olaraq ərəb koalisiyasına qarşı hücumlara cəhd edir.