Səudiyyənin baş konsulu təlaşda: 4 GÜNDÜR İŞƏ ÇIXMIR

Baxış sayı:
2227

Dünyaca məşhur jurnalist Camal Qaşıqçının (59) itkin düşməsi ilə bağlı istintaq davam edir. Hər gün yeni təfərrüatlar ortaya çıxır.
 
Konkret nəticələrlə bağlı bəziləri Amerika və Avropa mediası ilə paylaşır və təhlükəsizlik qaynaqları Qaşıqçının məhz konsulluq binasında qətlə yetirildiyinə əmindir. Nişanlısına telefonunu verdikdən sonra, Qaşıqçı 13:14-də İstanbulda Səudiyyə Ərəbistanı Baş Konsulluğuna girib və baş konsul Məhəmməd əl-Qatari tərəfindən məlumatlandırılıb. Öncədən verilmiş görüş üçün binaya gələn Qaşıqçı, bir müddət konsulluğun katibi ilə otaqda söhbət edib və az sonra otağa girən 2 adam tərəfindən zərərsizləşdirilib.
Sonra başqa bir otağa aparılıb. Otaqda jurnalist dirənməyə cəhd edib, lakin onun bədəninə  iynə ilə vurulan bir maddə ilə tam təsirsiz hala gətirilib. Qərb mətbuatına danışan bir Türk rəsmisi, Qaşıqçının otaqda yardım üçün çağırışlar edib və qışqırıq səslərinin diinləmə qeydlərində əks olunduğunu iddia edib. Bir başqa kəşfiyyat məmuru Qaşıqçının üçüncü bir otağa götürüldüyü və cəsədin də burada parçalara bölündüyünü deyib. Şahzadə Muhamməd bin Salmanın şəxsi qorumaları da daxil olmaqla, sui-qəsd heyəti, Qaşıqçını parçaladıqları iddia edilib.
İddiaya görə, sui qəsd qrupu, Qaşıqçının bədəninə aid parçaları çemodanlarda çıxarılaraq Mercedes Vito mikroavtobusuna yüklənib və 300 metr məsafədəki baş konsul Əl Katibinin evinə aparılıb. "Missiya" nı tamamladıqdan sonra ikinci qrup bir neçə dəqiqə ərzində konsulluq binasını tərk edən sui qəsd qrupunun yerini alıb. Qrup, Ədliyyə Tibb Təşkilatının başçısı da daxil olmaqla, qətlin törədildiyi yerdəki dəlilləri təmizləməyə çalışıb. Qrupun binadan çıxışları da Türk kəşfiyyat əməkdaşları tərəfindən qeydə alınıb.
Bu arada baş konsul Türklərin axtarış aparacaqlarından düşdüy təlaşa görə, 4 gündür evdən çölə çıxmır.
Türk kəşfiyyatının şübhələndiyi məqamlardan biri də konsulluq binasından çamadanlarla çıxarılmış cəsədin 300 metr məsafədə olan baş konsulun iqamətgahının həyətində basdırılması ehtimalı ilə bağlıdır. Türk polisi beynəlxalq razılaşmalar səbəbiylə konsulluq və ya baş konsulun evinə hələ də girə bilməyib. Bu günə qədər yalnız Səudiyyə polisləri bu iki ünvana daxil ola bilib.
Müxalifət.az