​Səudiyyəliləri tənqid edən jurnalisti yaraqlılar qətlə yetirib

Baxış sayı:
1603

“The Washington Post” qəzeti məlumat verib ki, Səudiyyə Ərəbistanının kral ailəsini  tənqid edən səudiyyəli əməkdaşı Camal Kxaşoqinin qətli əvvəlcədən planlaşdırılıb.  
Muxalifet.az-ın verdiyi xəbərə görə, daha öncə Kxaşoqinin İstanbulda Səudiyyə Ərəbistanı konsulluğuna baş çəkdikdən sonra yoxa çıxdığı bildirilmişdi. Sonradan onun öldürüldüyü müəyyənləşdi.
Qəzetinin Türkiyədəki mənbələrinə istinadla verdiyi məlumata əsasən, Türkiyə polisi jurnalistin qətlinin təsadüf olmadığı qənaətindədir. Həmçinin polis əməkdaşları hesab edirlər ki, qətl Səudiyyə Ərəbistanından olan 15 nəfərin iştirakı ilə baş tutub.