Səudiyyəlilər Trampın otelində 500 otaq kiraladı – “Vaşinqton Post” ifşa etdi

Baxış sayı:
5899

“Vaşinqton Post” qəzeti Səudiyyə Ərəbistanı adına fəaliyyət göstərən lobbilərin 2016-dakı prezident seçkilərindən sonra ABŞ prezidenti Donald Trampın Vaşinqtondakı otelində üç ay ərzində təxminən 500 otağa pul ödədiyi faktını üzə çıxarıb.
 
“Vaşinqton Post” qəzeti əldə etdiyi sənədlərə əsaslandırdığı xəbərində, Səudiyyə Ərəbistanını təmsil edən lobbilərin Trampın hələ də sahibi olduğu otelə 270 min dollar ödədiyini yazıb.
Lobbi qrupu Səudiyyə Ərəbistanını narahat edən bir qanuna qarşı lobbi işləri aparmaları üçün daha əvvəl ABŞ ordusunda xidmət etmiş şəxslərə pulsuz Vaşinqton səfərləri təşkil etdikləri bildirilən xəbərdə, Səudiyyə Ərəbistanı hökumətini təmsil edən lobbi qrupunun 2016-dakı prezident seçkilərindən sonra ABŞ prezidenti Donald Trampın Vaşinqtondakı otelində üç ay ərzində təxminən 500 otağa pul ödədiyi irəli sürülüb.
Otaq qiymətlərinin orta hesabla 768 dollar olduğu oteldə lobbilərin 6 qrupu qəbul etdiyi ifadə edilən xəbərdə, Trampın otelində qalan ABŞ ordusunda vəzifədə olmuş şəxslərin bəzilərinin səyahət xərclərinin Səudiyyə Ərəbistanı tərəfindən qarşılandığından xəbəri olmadığını söylədikləri bildirilib.
Xəbərdə, "Həmin şəxslərin həm Səudiyyə Ərəbistanı adına Konqresə gedərək, həm də Trampın otelinə pul qazandıraraq iki dəfə istifadə edildikləri" qeyd olunub.
Xəbərdə, həmçinin  2017-nin fevralından bu yana Trampın Çikaqo və Nyu-York mehmanxanalarında qalan Səudiyyə müştərilərinin sayının artdığına və vəliəhd şahzadə Məhəmməd bin Salmanı ABŞ səfərində müşayiət edənlərin qaldığı Nyu-Yorkdakı Tramp otelinin qazancının 25 faiz artdığına işarə edilib.
Müxalifət.az