“Səudiyyəlilər hər kəsə meydan oxuyur – “Vaşinqton Post”

Baxış sayı:
4612

Amerikanın “Vaşinqton Post” qəzeti, Səudiyyə Ərəbistanının Camal Qaşıqçı qətlilə bağlı yeni açıqlamalarının "cürətinə görə şok edici" olduğunu yazıb.
 
Qəzetin yayım şurası tərəfindən "Səudiyyə Ərəbistanının Qaşıqçı-nın ölümü ilə bağlı son bəyanatlarındakı cürəti şok edicidir" başlığı ilə dərc olunan baş məqalədə, Səudiyyə rəhbərliyinin yeni açıqlamalarındakı ziddiyyətlərə diqqət çəkilib.
 
"Səudiyyə hər kəsə açıq şəkildə meydan oxuyur"
 
Məqalədə, "Səudiyyə rejimi bu inanılmaz açıqlamaları edərək, tam bir aydınlıq və hesab verə biləcək çağırışı ilə Konqres üzvlərinin öndə gələnləri daxil, hər kəsə açıq şəkildə meydan oxuyur. Tramp rəhbərliyi də gecikdirmə taktikalarına əl atmağa hazır görünür" deyə qeyd edilib.
Baş məqalədə, 17 Səudiyyəli haqqında alınan sanksiya qərarları ilə vəliəhd şahzadə Məhəmməd bin Salman ilə Ər-Riyaddakı yüksək səviyyəli kəşfiyyat rəsmilərinin hadisənin kənarında saxlanılması vurğulanıb.
Səudiyyənin açıqlamasını qəbul etməyin bir sıra möhkəm dəlil və həqiqətləri gözardı etmək mənasına gəlir. Belə ki, MKİ direktoru Gina Haspelə də dinlənildiyi bildirilən səs qeydlərinə görə, Səudiyyənin iddia etdiyi kimi Qaşıqçı-nın "vasitəçi komanda" ilə arasında yaranan mübahisədə deyil, konsulluğa girən kimi boğularaq qətlə yetirildiyi bir gerçəkdir.
Məqalədə, Ər-Riyadın açıqlamasında, varis şahzadəyə yaxın iki şəxsin, keçmiş kəşfiyyat şefinin müavini Əhməd el-Assiri ilə müşavir Səud el-Kahtaninin əməliyyatı idarə edənlər olsa da, Qaşıqçı-nın öldürülməsi qərarına düşmədikləri və konsulluqdakı 15 nəfərlik qrup tərəfindən onların aldadıldığına toxunulub.
Baş məqalədə, bu iddiaların, daha əvvəl “New York Times”-ın (NYT) xəbərində yer alan səsyazmasındakı, bin Salmanın yaxın əməkdaşı tərəfindən aparılan telefon danışığında dediyi "Patronunuza deyin, adamlar işlərini bitirib" deyə İfadələrini açıqlamadığı vurğulanıb.
Qeyd edək ki, NYT xəbərinə görə, Qaşıqçını öldürmək üçün İstanbula gələn sui-qəsd qrupunun bir hissəsi olan və vəliəhd şahzadə Məhəmmədi mühüm xarici səfərlərində müşayiət edən Səudiyyənin təhlükəsizlik rəsmisi Mahir Abdulaziz Mutreb, cinayətdən qısa müddət sonra Ərəbcə bir telefon danışığı etmiş, ad vermədən, "Patronunuza deyin, adamlar işlərini bitirib" demişdi.
Xəbərdə, ABŞ kəşfiyyatının, "Patron" ifadəsi ilə "şübhəsiz şahzadə Məhəmmədin nəzərdə tutulduğuna" inandığı qeyd edilmişdi.
 
Tramp, Səudiyyə hadisənin üstünü örtmə səylərini təşviq edir
 
Məqalədə, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun etdiyi çağırışı da xatırladaraq, “Bütün bu yalanlar BMT tərəfindən aparılacaq gerçək müstəqil beynəlxalq istintaqı zəruri edir” deyə qeyd edilib.
Tramp rəhbərliyinin isə Səudiyyənin hadisənin üstünü örtmə səylərini təşviq etdiyi bildirilən məqalən, bu ifadələrlə başa çatdırılıb:
"Konqres bu parodiyanın davam etməsinə yol verməməli, Qaşıqçı cinayəti haqqında etibarlı bir beynəlxalq araşdırma başa çatana qədər bütün hərbi satışları və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığını təxirə salmalıdır. Səudiyyənin hadisənin üstünü örtmə hekayəsi, Məhəmməd bin Salmanın təkəbbürlü və qorxusuz davranışının bir nümunəsidir. Camal Qaşıqçı-nın həqiqi qatilləri bəyan olunmalı və cəzalandırılmalıdır".
Müxalifət.az