Səudiyyədən növbəti xəyanət: MÜSTƏQİL KÜRDÜSTAN QURULSUN

Baxış sayı:
6487

ABŞ və Sionistlərin nökəri Səudiyyə Ərəbistanından növbəti xəyanət açıqlaması gəlib. Kral Salmanın müşaviri Ənvər Macit Eşki, xəyanət açıqlaması ilə PKK-nın dəyirmanına su töküb. Eşki, Orta Şərqdə müstəqil Kürd dövlətinin qurulması lazım olduğunu söyləyib.
 
İsrail və Amerika ilə son dövrdə münasibətlərini yüksək səviyyəyə çıxaran Səudiyyə Ərəbistanı, “Zeytun Budağı” Hərəkatının başlaması ilə birlikdə Türkiyə əleyhinə fəaliyyətinə təkan verib.
Səudiyyə mediasının başladığı Türkiyə düşmənçiliyi, bəzi siyasi şəxslərə də cəsarət verib.
 
YENİ KÜRD DÖVLƏTİ QURULSUN
 
Kral Salmanın müşaviri, keçmiş general-mayor Ənvər Macit Eşki, layihə terror təşkilatı olan PKK-nı sevindirən bir açıqlamaya imza atıb.
Bölgədə Amerika kimi müttəfiqdən əl çəkməyəcəklərini bildirən Eşki, "Kürdlərin birlik olması lazımdır. Bu çərçivədə böyük Kürdüstan dövlətinin yaradılması ən böyük strateji gediş olar. Bunu mütləq etməlidirlər" deyə, söyləyib.
 
İSRAİL-AMERİKA-SƏUDİYYƏ ƏRƏBİSTANI
 
Qeyd edək ki, Səudiyyə Ərəbistandan əvvəl İsraildən də oxşar istiqamətdə açıqlamalar gəlmişdi.
Amerika da illərdir Kürd terrorçularına dövlət qurmaq xəyalı ilə terror təşkilatı YPG-lilərə silah və sursat göndərir.
Ancaq Türk Silahlı Qüvvələri, bölgədə oynanan oyunu “Zeytun Budağı” Hərəkatı ilə pozdu.
Müxalifət.az