Səudiyyədən BMT-nin “Qaşıqçı” qərarına ilk təpki

Baxış sayı:
9568

Səudiyyə Ərəbistanından BMT-nin “Qaşıqçı” cinayəti ilə bağlı hesabatına ilk açıqlama verilib. Səudiyyə Ərəbistanı tərəfindən hesabatla əlaqədar olaraq edilən açıqlamada bu ifadələrə yer verilib: "BMT-nin “Qaşıqçı” cinayəti ilə bağlı hesabatı ziddiyyətlərlə doludur. BMT nöqtəni qoydu: “Səudiyyə Ərəbistanı məsuldur, Türkiyədən üzr istəyin” Yeni bir şey deyil. İnsan Haqqları Şurası məruzəçisinin bağlayıcı olmayan hesabatında, daha əvvəl mediada yer alan iddiaları təkrar nəşr edib. İnsan Haqqları Şurası məruzəçisinin açıqladığı hesabat BMT-nin etibarlılığını zədələyən açıq ziddiyyətlər və əsassız iddiaları ehtiva etməkdədir. Türkiyə və Səudiyyənin insan haqqları təşkilatları ilə yanaşı, Təhlükəsizlik Şurasının beş daimi üzvünün səfirlik nümayəndələrinin iştirakıyla “Camal Qaşıqçı” cinayəti iddiası hələ davam etməkdədir. Səudiyyə Ərəbistanı rəhbərliyi şübhəlilər haqqında lazımlı ittihamları yönəltmişdir. Mövzu ilə əlaqədar bir çox şübhəli həbs olundu və iddialara baxılır”. Müxalifət.az