Səudiyyə vəliəhdinin planı ifşa olundu: O, ölkəyə "killer" göndərib

Baxış sayı:
7081

Sudanda aprel ayında reallaşan hərbi çevrilişdən sonra ölkəyə Səudiyyə Ərəbistanından üst səviyyə ziyarət reallaşdırılıb. Şahzadə bin Salmanın kiçik qardaşı Xalid bin Salman və Birləşmiş Ərəb Əmrlikləri Xarici İşlərdən məsul dövlət naziri Enver Qaraqaş ötən həftənin cümə günü gizlicə Sudana səfər edib və qısa bir görüşdən sonra ölkəni tərk edib. Bu görüşdə Orta Şərqin "killer" Məhəmməd Dahlanın da olduğu bildirilib. Sudanın paytaxtı Hartum aeroportundakı bəzi qaynaqlar Məhəmməd bin Salmanın kiçik qardaşı Xalid bin Salmanın Birləşmiş Ərəb Əmrlikləri Xarici İşlərindən məsul dövlət naziri Enver Qaraqaş və Orta Şərqin "kiralıq qatili" olaraq xatırlanan Məhəmməd bin Zayedin məsləhətçisi Məhəmməd Dahlan ilə birlikdə ötən həftənin cümə günü Sudanı ziyarət edərək bir saata qədər qısa bir görüşmədən sonra bu ölkəni tərk etdiyi bildirilib. Bu xəbər qaynaqları “Əl Kudsul Ərəbi” qəzetinə etdikləri açıqlamada, söz mövzusu gizli ziyarətin Efiopiyanın baş naziri Abiy Əhmədin vasitəçilik məqsədiylə Sudana gəlişindən əvvəl, səhər saatlarında reallaşdığını və Sürətli Müdaxilə Qüvvələrinin komandiri general-leytenant Məhəmməd Hamdan Daklunun aerodromda onları qarşıladığını ifadə edib. Üç üst səviyyə səlahiyyətli Hərbi Keçid Şurasının başçısı Abdulfettah el-Burhanla qısa bir görüşmə reallaşdırdıqdan sonra dərhal Sudanı tərk edərək Səudiyyə Ərəbistanıa keçiblər. Bu qısa ziyarətdən sonra Efiopiyanın baş naziri Abiy Əhməd Hartuma gələrək böhran tərəfləriylə bir araya gəlib. "Siyasət elə bir zillətə düşmüş ki..." Bu hadisələr yaşanarkən ötən gün Səudiyyənin müxalif yazarı Fuad İbrahim də öz twitter səhifəsində, ABŞ Xarici İşlər Nazirinin siyasi işlər üzrə müavini David Hillin Xalid bin Salmana "Sudanda siyasi işlər mülki təşkilatlara buraxılmalıdır" dediyini yazıb. Fuad İbrahim daha sonra belə yazır: "Siyasət elə bir zillətə düşmüşdür ki, Xalid bin Salman kimi bir uşaq köklü bir millətin, hətta Ərəblərin ən şüurlu millətinin qədərini təyin edir". Ərəbistan və ardından Birləşmiş Ərəb Əmrlikləri Sudanın Hərbi Keçid Şurasını rəsmi olaraq tanıyan ilk ölkələr idi və Səudiyyə kralı 14 apreldə qida və dərman yüklərini bu ölkəyə göndərmə təlimatını vermişdi. Sudanlı qaynaqların çoxu ölü sayının indiyə qədər 113 adama çatdığı ötən bazar ertəsi qırğınının Məkkə zirvəsi və Abdulfettah el-Burhanın Səudiyyə vəliəhdlə görüşməsindən sonra və onun yaşıl işıq yandırmasıyla reallaşdığı fikirindədir. Müxalifət.az