Səudiyyə Vəliəhdindən İSLAMOFOBİYA

Baxış sayı:
4627

Amerika mətbuatına müsahibə verməyi davam etdirən Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, yeni bir qalmaqala imza atıb.
 
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın yaxşı bir strategiya həyata keçirdiyini vurğulayan Vəliəhd Şahzadə, "Ancaq İhvan-ın əsas məqsədi Avropada yaşayan Müsəlman cəmiyyətlərdir. Əngəl olunmazsa, Avropa 30 il sonra Müsəlman bir qitə olacaq" deyərək, kimin tərəfində yer aldığını bir daha müəyyən edib. Digər tərəfdən, Bin Salman müsahibədə ABŞ-ın İraqı işğal etməsini "ölümcül xəta" kimi səciyyələndirib. Səudiyyə Vəliəhd, "Pentaqonun işğal zamanı İraq ordusunu dağıtması İrana sahə açdı" deyə, söyləyib.
 
QƏTƏRİ ADA EDƏCƏK
 
Qətərə tətbiq olunan blokadanın memarı olan Səudiyyə Ərəbistanı, Qətər rəhbərliyinin yeganə quru ilə əlaqəsini qoparmaq üçün hərəkətə keçib. Ər-Riyadın Qətər ilə olan 60 kilometrlik quru sərhədinə su kanalı açmaq layihəsi üzərində çalışdığı bildirilib. 2,8 milyarda 12 ayda başa çatacaq layihə ilə Ərəbistanının şərq sərhədləri tamamilə dəniz olacaq. Beləliklə Qatar da bir adaya çevriləcək.
Müxalifət.az