Səudiyyə və BƏƏ ABŞ silahlarını terrorçulara verib

Baxış sayı:
10630

ABŞ-ın CNN televiziyası Yəməndə edilən bir araşdırmada, Körfəz koalisiyasının çirkli əlaqələrini ortaya çıxarıb.
 
Bir çox fotoşəkillər tərəfindən dəstəklənən xəbərlər göstərir ki, bəzi ABŞ silahları və nəqliyyat vasitələri radikal təşkilatların əlindədir və münaqişə dövründə İran dəstəkli Husilərin əlinə keçib.
Yerli mənbələr CNN-ə bildiriblər ki,Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə qəbilələrə və terrorçu qruplara Amerika istehsalı silah və nəqliyyat vasitələri veriblər.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi məlumata görə, Amerika silah və texnologiyalarının üçüncü tərəfə verilməsi qadağandır.
Səudiyyə və BƏƏ tərəfindən bu qayda pozuntuları olsa da, Birləşmiş Ştatların bu iki ölkəyə silah satmaq üçün öz qaydalarını belə görməzdən gəldikləri görünür.
 
KÜÇƏDƏ AMERİKAN SİLAHLARI
 
CNN-in görüntülərində açıqca görünür ki, Yəmənin Taiz şəhərində geyim satılan iş yerində silahlar və tüfənglər satılır.
Ticarət köşklərində çox sayda silah asılıb. CNN əməkdaşı müştəri sifətində dükançıdan sörüşür: "ABŞ silahı varmı", "Amerika silahları bahalıdır və təqib edilir, amma xüsusi sifarişlə gətirə bilərəm" deyə dükançı cavab verir.
Digər tərəfdən, ABŞ tərəfindən hazırlanmış MRAP tipli zirehli texnikalardan biri əl-Qaidə ilə əlaqəli AQAP terror təşkilatının qalası olaraq görülən Taiz-in küçələrindədir.
Qeyd edək ki, 2015-ci ildə Səudiyyə liderliyindəki koalisiya TOW tipli anti-tank raketləri də daxil olmaqla, Yəmənin hökumət qüvvələrinə xeyli sayda silah təhvil verdi, lakin sonradan silahlar AQAP terrorçuları tərəfindən ələ keçirildi.
Yerli hakimiyyət orqanları CNN-nə silahların atıldığı ərazidə tədqiqat aparmağa icazə vermədikləri halda, bəzi yerli mənbələr TV-yə TOW raketlərinin AQAP terrorçularına pulla satıldığını bildiriblər.
Müxalifət.az