​Səudiyyə tarixində ilk: ŞAHZADƏ KİLSƏYƏ GETDİ

Baxış sayı:
5215

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Qahirədəki Kıpti kilsəsini ziyarət edib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, şahzadə səfəri zamanı İsgəndəriyyə patriarxı II Tavadrosla da görüşüb. Kilsə bu görüşün Səudiyyə Ərəbistanının qurulduğu vaxtdan (1932) bu günə qədər tarixdə ilk dəfə baş tutduğunu açıqlayıb.
Tavadros görüş barədə danışarkən Səudiyyə Ərəbistanında son illər baş vermiş dəyişiklikləri məmnuniyyətlə izlədiklərini deyib.
Salman son illərdə kilsələrdə baş vermiş teraktlar nəticəsində həlak olanlara görə ona başsağlığı verib.
Səfər çərçivəsində Misir və Səudiyyə Ərəbistanı arasında 4 müxtəlif razılaşma imzalanıb