Səudiyyə şahzadəsindən Türkiyəyə çağırış

Baxış sayı:
5896

 Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhəmməd bin Salman, ən son Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda görülən və daha sonra xəbər alınmayan Səudiyyə jurnalisti Camal Qaşıqçı üçün Türkiyəyə konsulluğu arama izni verməyə hazır olduqlarını bildirib.
 
Vəliəhd şahzadə, “Bloomberg” kanalına verdiyi müsahibədə Türk orqanlarına, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda axtarış aparmaları üçün icazə verməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, Qaşıqçı Səudiyyə rejimini tənqid edən jurnalist kimi tanınırdı və axırıncı dəfə Səudiyyənin İstanbuldakı Baş Konsulluğuna girəndən sonra çölə çıxmayıb. Türkiyə tərəfi jurnalistin arxa qapıdan jurnalistin Səudiyyənin xüsusi xidmət orqanları tərəfindən qaçırıldığını düşünür.

Müxalifət.az