Səudiyyə şahzadəsi Qaşıqçı cinayətindən dərs almadı: Hələ də qatillərlə görüşür

Baxış sayı:
8398

“Washington Post” qəzetinin müəllifi David Ignatius Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Camal Qaşıqçı cinayətindən bir dərs almadığını və cinayətin baş şübhəlilərindən olan Səud Əl-Kahtani ilə hələ də görüşdüyünü iddia edib.
 
 Ignatiusun məqaləsində fikirlərinə yer verdiyi bir Səudiyyə səlahiyyətlinin Kahtani-nin son günlərdə paytaxt Riyaddakı evində etdiyi bir yığıncaqda Qaşıqçı cinayəti ilə bağlı "Mən günahlandırıldım və günah keçisi olaraq istifadə edildim" dediyini qeyd edib.
Qaşıqçının öldürülməsinin üstündən 100 gün keçdi və bununla bağlı “Washington Post” qəzetinin redaktoru Karen Attiah da fikirlərini bildirib.
Attiah Twitter hesabından etdiyi paylaşmada, "Cinayətin üzərindən 100 gün keçdi, Camal Qaşıqçının ifadə azadlığı və müstəqil düşüncə üçün şəhid olmuş biri olaraq xatırlanacağı açıqdır. Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə sonsuza qədər bir qatil olaraq ləkələnəcək" deyə yazıb.
Müxalifət.az