Səudiyyə rejimi təlaşdadır: Yüzlərlə məhkum azad edildi

Baxış sayı:
10738

2 oktyabrda girdiyi Səudiyyə Ərəbistanı Baş Konsulluğunda vəhşicəsinə öldürülən Camal Qaşıqçı cinayətindən sonra Səudiyyə kralı Salman çıxdığı ölkə içi turunda Kasim bölgəsindəki məhbusların sərbəst buraxılması göstərişi verib.
 
Vəliəhd şahzadə bin Salmanın müşaviri Bader Al Əsgər sosial media hesabı üzərindən etdiyi açıqlamada, kral Salmanın Kasim bölgəsində insan hüquqları səbəbilə mühakimə olunan bütün məhbusların sərbəst buraxılması göstərişi verdiyini açıqlayıb.
Qeyd edək ki, Camal Qaşıqçı-nın Səudiyyə səlahiyyətliləri tərəfindən vəhşicəsinə öldürülməsindən sonra Ər-Riyad rəhbərliyi daha əvvəl korrupsiya ittihamı ilə həbs etdiyi şahzadələri sərbəst buraxmağa başlayıb.
Müxalifət.az