Səudiyyə Ərəbistanından yeni “Qaşıqçı” açıqlaması

Baxış sayı:
4219

Səudiyyə Ərəbistanı, İstanbuldakı Səudiyyə Konsulluğunda qətlə yetirilən Camal Qaşıqçı haqqında yeni bəyanat verib. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına həsr edilən açıqlamada, "Camal Qaşıqçı-nın ölümündən məsul olan cinayətkarların ədalətə təslim ediləcəyi" qeyd olunub.
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının nümayəndə heyəti ilə Cenevrədə bir araya gələn Səudiyyə Ərəbistanı rəhbərliyi, Qaşıqçı-nın ölümündən məsul olan cinayətkarların ədalətə təslim ediləcəyini bildirib.
Müxalifət.az