Səudiyyə Ərəbistanından yeni mesaj: ƏDALƏT İSTƏYİRİK

Baxış sayı:
7540

CNBC televiziyasına açıqlama verən Səudiyyə Ərəbistanının xarixi işlər naziri el-Cubeyr, "Dəlilləri görmədən, faktları bilmədən Səudiyyə Ərəbistanını günahkar elan etdilər. Bu o gündən bəri davam edir. Mediada, Türkiyə və Qətər informasiya agentliklərindən gələn və kral ailəsinə qarşı olan sızıntıları gördük. Səudiyyə Kralığına qarşı atılan çoxsaylı ittihamlar görürük, amma heç biri həqiqəti əks etdirmir" deyə bildirib.
 
Səudiyyə Ərəbistanının araşdırmanı davam etdirdiyini və bu məsələdə Türkiyənin daha çox yardımını görmək istədiyini söyləyən Cubeyr, “Türkiyədən dəlil təqdim etməsini tələb etdik və hazırda bu dəlillərin bəzilərini gözləyirik" deyib.
 
“BÜTÜN SƏUDİYYƏ ƏDALƏTİN YERİNƏ YETİRİLMƏSİNİ GÖZLƏYİR”
 
Bu cinayətin bütün Səudiyyəliləri sarsıtdığını və qəzəbləndirdiyini dilə gətirən el-Cubeyr, kimsənin bu cinayətin işlənməsi üçün əmr vermədiyini vurğulayaraq, “Bu, səlahiyyətindən sui-istifadə edilməsidir və bütün Səudiyyə, ədalətin yerinə yetirilməsini istəyir" deyə əlavə edib.
 
BİR DAHA OLMAMASI ÜÇÜN ÇALIŞIRIQ
 
Cubeyr, belə bir hadisənin bir daha baş verməməsi üçün müvafiq prosedurların nəzərdən keçirildiyini də öz sözlərinə əlavə edib.
Müxalifət.az