Səudiyyə Ərəbistanından daha bir “Qaşıqçı” açıqlaması

Baxış sayı:
2890

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr, öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı açıqlama verib.
 
Cübeyr, "Hadisə böyük bir günah və böyük səhvdir. Cinayətə qarışan hər kəs araşdırılıb, mühakimə olunacaq. Hadisə hüquqi bir vəziyyətdir və siyasiləşdirilməsini rədd edirik. Hələ də cavabını gözləyən suallar var. Qaşıqçı işinin beynəlxalq səviyyəyə daşınması qəbul edilməzdir" deyib.
Cübeyr, şahzadə bin Salmanın Qaşıqçı cinayəti ilə heç bir əlaqəsinin olmadığını deyib.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının baş prokuroru da hadisəyə dair ciddi bəyanatlar verib.
Müxalifət.az