Səudiyyə Ərəbistanına pis xəbər! Hərəkətə keçdilər

Baxış sayı:
7486

Belçikanın ictimai televiziyası RTBF”-yə açıqlama verən Xarici İşlər naziri Didier Reynders, "Məncə əgər Yəmən kimi bəzi qarşıdurmalarda silahların istifadə edildiyi ortaya çıxarsa Səudiyyə Ərəbistanına silah satışının dayandırılması yaxşı ola bilər." deyə söyləyib.
 
Reynders Belçika Konstitusiyasına görə ola biləcək bir silah satışı qadağa qərarının silah istehsal edən şirkətin yerləşdiyi bölgə hökuməti tərəfindən verilə biləcəyini ifadə edib.
Valonya Bölgəsinin başçısı Willy Borsus isə “RTBF”-yə etdiyi açıqlamada, başqa ölkələrə silah satışında Belçikalı bir şirkətin qanunlara zidd davrandığı təqdirdə söz mövzusu şirkətin "lisenziyasının belə ləğv edilə biləcəyini" ifadə edib.
Belçikada bəzi mətbuat və qeyri-hökumət təşkilatlarının yayımladığı araşdırma, Səudiyyə Ərəbistanının Belçikadan idxal etdiyi silah və hərbi sursatların Yəməndəki döyüşdə istifadə etdiyini ortaya qoymuşdu.
Səudiyyə Ərəbistanına intensiv silah ixracatı edən Belçikanın Valonya bölgəsi, jurnalist Camal Qaşıqçı cinayətin dən sonra Səudiyyə Ərəbistanı ilə yeni müqavilə olmayacağını bildirmişdi, ancaq Belçika mediası Valonyadan Səudiyyə Ərəbistanına bu il üç dəfə hərbi təchizat ixracatı edildiyini yazmışdı.
Müxalifət.az