Səudiyyə Ərəbistanına kritik çağırış: Təxirə salın

Baxış sayı:
7930

Strasburq şəhəridə bir araya gələn Avropa Parlamentinin Baş Assambleyası Səudiyyə Ərəbistanında, xüsusilə qadın haqlarının yaxşılaşdırılmasına dair qərarı səsverməyə çıxarıb.
 
 AP üzvləri tərəfindən 10 səs əleyhinə, 517 səs lehinə olmaqla qəbul edilən qərarda, Səudiyyə Ərəbistanına qadın haqlarını yaxşılaşdırması çağırışı edilib.
Qətnamədə AP üzvlərinin Səudiyyə Ərəbistanındakı qadın hüquqlarına dair vəziyyəti pislədiyi, ölkədəki siyasi və sosial sistemdə ayrı-seçkiliyin olduğu və qadınlara "ikinci dərəcəli vətəndaş" rəftarı edildiyi qeyd edilib.
Səudiyyə Ərəbistanındakı kişi qəyyumluq sisteminin təcili olaraq dayandırılması çağırışı edilən qərarda, xüsusilə yaxın zamanda boşanma davası açılan qadınlara qısa mesajla məlumat verilməsini nəzərdə tutan qanun tənqid edilib.
Qərarda, eyni zamanda Səudiyyə Ərəbistanına təcili qaydada ölüm hökmünü təxirə salma çağırışı edilərkən, 2014-2017-ci illər arasında hər il orta hesabla 126 adamın edam edildiyinə diqqət çəkilib.
Müxalifət.az