Səudiyyə Ərəbistanına daha bir şok! Dünya nəhəngi dayandırdı

Baxış sayı:
4750

Dünyanın ən böyük kinoteatr zəncirləri arasında yer alan İngilis Vue şirkəti, Səudiyyə Ərəbistanında 30 kinozalından ibarət olan layihəsini dayandırmaq qərarı verdiyi bildirib.
 
“The Guardian” qəzeti, şirkətin Abdulmohsen al-Hokair Qrupu ilə Səudiyyə Ərəbistanında 30 kinozalını əhatə edən layihəni rəfə qaldırdığını bildirib.
Məsələyə dair münasibət bildirən Vue-nin rəhbəri və yaradıcısı Tim Richards, "Dünyanın digər yerlərindəki şirkətlər kimiyik. Digər şirkətlərin Qaşıqçı hadisəsi ilə bağlı narahatçılığını izləyir və bölüşürük. Bütün bunlar çox sürətlə baş verdi. Gələcək bir neçə həftədə nələr olacağını görmək istəyirik" deyə bildirib.
Richards, eyni zamanda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın himayəsində 23-25 oktyabrda Ər-Riyadda keçiriləcək investisiya konfransına qatılmayacağını (Gələcəyə Sərmayə Təşəbbüsü) deyib.
Qeyd edək ki, ötən il dekabr ayında Səudiyyə rəhbərliyi 2030-ci ilə qədər ölkədə cəmi 300 kinoteatrın açılmasının planlaşdırıldığını bildirmişdi.
Səudiyyə Ərəbistanı rəhbərliyinin kino qadağasını qaldırmasından sonra Vue, fevral ayında Səudiyyəli qrupla layihənin həyata keçirilməsi üçün müqavilə imzalamışdı.
Müxalifət.az