Səudiyyə Ərəbistanı öldürəcəkdi: ABŞ son anda xilas etdi

Baxış sayı:
10399

Norveçin sığınma haqqı tanıdığı Fələstinli bir aktivistin Səudiyyə Ərəbistanı mənşəli mümkün təhdid səbəbindən təhlükəsiz bir yerə aparıldığı ortaya çıxıb.
 
 “Guardian” qəzetinin xəbərinə görə, Fələstin əsilli İyad əl Bağdadi 25 apreldə Norveç rəsmiləri tərəfindən evindən alınaraq etibarlı bir yerə aparılıb. Buna səbəb olaraq da Səudiyyə Ərəbistanı mənşəli mahiyyəti bəlli olmayan bir təhdid göstərilib.
Qəzet təhdidə dair kəşfiyyatın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən Norveç orqanlarına çatdırıldığını iddia edərkən, İyad əl Bağdadi də məsələyə dair açıqlamasında, “Anlaşılan odur ki, Səudiyyənin hədəfindəyəm, ancaq nə edəcəkləri haqqında heç bir məlumatım yoxdur” deyib.
 
POLİS BRİQADASI TƏHLÜKƏSİZ BÖLGƏYƏ APARDI
 
 Norveçli rəsmilərin kəşfiyyata çox ciddi yanaşdığını vurğulayan Bağdadi, iki polis dəstəsinin evinə gəldiyini, bunlardan birinin onu təhlükəsiz yerə apararkən, digərinin mümkün bir təqibə qarşı tədbir gördüyünü bildirib.
Bağdadi, xəbərin verilməsindən sonra sosial media hesabından verdiyi açıqlamada, son iki həftənin çox stresli olduğunu ifadə edərək “Məni öldürmək istəmirlərsə, o zaman işimi görmürəm deməkdir” deyə qeyd edib.
Ərəb Baharı dövründə sosial media mesajları ilə diqqət çəkən Bağdadi, Birləşmiş Ərəb Əmirliklərindən deportasiya edilməsindən sonra 2015-də Norveçdə siyasi sığınacaq hüququ əldə etmişdi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və vəliəhd şahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçı-nın 2 oktyabr 2018-də İstanbul Baş Konsulluğunda qətlə yetirilməsindən bəri beynəlxalq təzyiq altındadır.
Amerikanın “Vaşinqton Post” qəzeti MKİ-nin Qaşıqçı cinayətinin əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salmanın verdiyi nəticəsinə vardığını yazmışdı.
Müxalifət.az