​Səudiyyə Ərəbistanı da Türkiyəyə qarşı çıxdı

Baxış sayı:
3583

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal hissəsində apardığı “Zeytun budağı” əməliyyatı Səudiyyə Ərəbistanı mediasında terrorçulara qarşı aparılan mübarizə kimi dəyərləndirilməyib.
Muxalifet.az xəbər verir ki, bu barədə "Yeni Akit" qəzeti yazıb.
Qəzet qeyd edir ki, ABŞ, İsrail və Qərbdən sonra Səudiyyə Ərəbistanı mətbuatı da “Zeytun budağı” əməliyyatını gündəmə gətirib. Belə ki, Səudiyyə Ərəbistanının “Əl-Avsat” qəzetinin livanlı yazarı İlyas Harfus məqaləsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu əməliyyatla Osmanlı xəyallarını gücləndirdiyini bildirilib.