Səudiyyə PPK terrorçularına 300 TIR YARDIM GÖNDƏRİB

Baxış sayı:
3088

Son zamanlar ABŞ-ın sözündən çıxmayan Səudiyyə Ərəbistanı, terror təşkilatı PKK-ya 300 TIR yardım göndərib.
 
Suriyada illərdir davam edən daxili müharibədən öz mənfəətləri yönündə terror təşkilatlarıyla əməkdaşlıq edən Amerika, indi də yeni geosiyasi  alətləri dövrəyə buraxıb.
 
SƏUDİYYƏ TERRORU DƏSTƏKLƏYİR
 
ABŞ prezidenti Donald Tramp, Suriyadakı Amerikan əsgərlərinin ölkəyə qayıdacağını söyləmişdi.
Bu qərardan sonra Səudiyyə Ərəbistanı, Amerikan əsgərlərinin bölgədə qalmasını istədi.
Tramp isə xərclərin qarşılanması vəziyyətində Amerikan əsgərlərinin bölgədə qalacağını ifadə etdi.
 
PKK-ya 300 TIR YARDIM
 
İki ölkə arasındakı bu açıqlamalardan sonra Səudiyyə Ərəbistanın terrorizmə dəstəyi sübut olundu.
Səudiyyə Ərəbistanı, Türkiyədə qanlı hücumlar təşkil edən terror təşkilatı PKK-ya 300 TIR yardım göndərib.
Ən son verilən xəbərə görə, bölgədə nəşr edilən yerli mənbələrin paylaşdığı fotolarda, TIR-ların təcili tibbi yardım maşını, polad və tikinti materialları ilə yüklü olduğu görünür.
Müxalifət.az