Səudiyyə nazirindən qalmaqal açıqlama: “Əzanın səsini azaldaq, insanlar narahat olur”

Baxış sayı:
16954

Səudiyyənin İslami İşlər naziri Al Şeyx yüksək səslə oxunan əzanın ətrafdakıları narahat etdiyini söyləyib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman daha əvvəl mülayim İslama dönəcəklərini ifadə etmişdi.
Ekstremizmi yaxında yox edəcəklərini deyən şahzadə bin Salman, dəyişikliyin siqnallarını vermişdi.
Bin Salmanın bu təlimatları İsrail və Amerikadan alqış almışdı.
 
MÜƏZZİNƏ XƏBƏRDARLIQ EDİLİB
 
 Baş verənlərdən sonra Səudiyyə Ərəbistanının İslami İşlər naziri Əbdüllətif Əli Şeyx əzanın namazın vaciblərindən biri olduğunu, ancaq imam və müəzzinlərin ətrafdakılara hörmət etməsi lazım olduğunu söyləyib.
Nazirlik tərəfindən yayımlanan açıqlamada, Əli Şeyx məscid səsgücləndiricilərindən çıxan yüksək səsin həm evində oturan insanları və xəstələri narahat edə, həm də digər məscidlərin əzan səsini boğduğunu ifadə edib.
 
İNSANLAR NARAHAT OLUR
 
Çox yüksək səslə oxunanda əzanın əzəmətini itirdiyini bildirən Səudiyyə naziri "İnsanlara Allahın evini sevdirmək lazımdır. Mənəviyyat və səssizliyin hakim olması lazım olduğu məscidlərimizin insanlara rahatsızlıq verməməsi lazımdır" deyib.
Nazirin bu açıqlamaları ölkədə mübahisələri də alovlandırıb.
Müxalifət.az