Səudiyyə kəşfiyyatçısından Qaşıqçı iddiası: Səudiyyə Ərəbistanı bunu qəbul etməz!

Baxış sayı:
1450

Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəhbəri şahzadə Turku əl Faysal, ölkəsinin jurnalisti Camal Qaşıqçı-nın öldürülməsi ilə bağlı beynəlxalq müstəqil araşdırmanı heç vaxt qəbul etməyəcəyini bildirib.
 
Nyu-Yorkda, Beynəlxalq Sülh İnstitutu (IPI) adlı düşüncə mərkəzində çıxış edən Faysal, ölkəsində qürur verici bir hüquq sisteminin olduğunu və “Vaşinqton Post” yazarı Camal Qaşıqçı cinayəti üçün ölkəsinin beynəlxalq müstəqil araşdırmanı heç vaxt qəbul etməyəcəyini qeyd edibirəli sürdü.
Faysal, Səudiyyə Krallığının “bütün həqiqətləri ortaya qoyma" və Qaşıqçı-nın cəsədinə nə olduğu barədə bütün sualları cavablandırma sözünü yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
 
BMT, müstəqil istintaq çağırışı etmişdi
 
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres başda olmaqla, bəzi ölkə liderləri ilə insan haqları təşkilatları, 2 oktyabr tarixində izdivac sənədləri üçün İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olduqdan sonra bir daha ondan xəbər alınmayan jurnalist Qaşıqçı-nın aqibəti üçün müstəqil istintaq aparılmasına dəvət etmişdi.
Müxalifət.az