Səudiyyə ikili oynayır: Kraldan Fələstinə DƏSTƏK GƏLDİ

Baxış sayı:
21047

Səudiyyə Ərəbistanının Kralı Salman bin Abdulaziz, Fələstinin dövlət başçısı Mahmud Abbasla telefonla danışıb.
 
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA”-nın verdiyi xəbərə görə, Abbas ilə telefonda danışan Kral Salman, ölkəsinin Fələstin məsələsinə qarşı sabit mövqeyini vurğulayıb.
Kral Salman, Fələstin xalqının paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini qurmasına yönəlik qanuni haqlarına dair Səudiyyə Ərəbistanının davranışının eynilə davam etdiyini ifadə edib.
Salman, Birləşmiş Millətlər Təşkilatının qərarları əsasında Fələstin məsələsinə ədalətli və daimi bir həllin tapılması üçün səylərinin davam edəcəyini bildirib.
Fələstinin rəsmi xəbər agentliyi “WAFA” da liderlərin, qarşılıqlı koordinasiyanın davam etdirilməsinin lazım olduğu mövzusunda razılığa gəldiyi məlumatını verib.
Müxalifət.az