Səudiyyə dilemma qarşısında: Qaşıqçı öldürülübsə, bəs meyit haradadır?

Baxış sayı:
5395

Səudiyyə Ərəbistanı, jurnalist Camal Qaşıqçı-nın konsulluq daxilində baş verən dava-dalaş nəticəsində öldüyünü bildirib. Camal Qaşıqçı-nın öldürüldüyünü rəsmən qəbul edən Səudiyyə Ərəbistanı, mərhum jurnalistin cəsədinin harada olduğunu isə açıqlamayıb. “Reuters”-ə danışan Səudiyyəli bir səlahiyyətli, Camal Qaşıqçı-nın cəsədinə nə olduğunu bilmədiklərini açıqlayıb.
 
QAŞIQÇI-nın CƏSƏDİ HARADADIR
 
Səudiyyə Ərəbistanının Camal Qaşıqçı-nın cəsədinin aqibəti ilə bağlı açıqlama verməməsi sosial medianın ən çox danışılan mövzusu olub. Çox sayda social media istifadəçisi verilən rəsmi açıqlama qarşısında "Camal Qaşıqçı-nın cəsədi haradadır" sualına yönəldən bölgülər edib. İngiliscə olaraq açılan #whereısthebody etiketinə minlərlə tweet atılıb.
 
İKİ FƏRQLİ AÇIQLAMA
 
Reuters, Səudiyyə rəsmilərinə görə Camal Qaşıqçı-nın cəsədinin yerli bir tərəfdaşa təslim edildiyini iddia edib. Reuters-ə danışan başqa bir Səudiyyə səlahiyyətli isə cəsədə nə olduğunu bilmədiklərini deyib.
 
POLİS MEŞƏDƏ CƏSƏD ARADI
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Qaşıqçı-nın cəsədi ilə nə edildiyini açıqlamaması həm beynəlxalq, həm də Türkiyə mediasında çıxan iddiaları da gücləndirib. Camal Qaşıqçı-nın cəsədinin 3 saat ərzində parçalanıb yerə gömüldüyü istiqamətindəki xəbərlər üzərinə İstanbulda polis əməkdaşları Belqrad meşələrində axtarış aparıb.
Müxalifət.az