Səudiyyə ABŞ-ın Qaşıqçı cinayətilə bağlı tələbini rədd etdi – Təfərrüat

Baxış sayı:
1978

ABŞ-ın “Wall Street Journal” qəzetinin ABŞ və Səudiyyə rəsmilərinə əsaslandırdığı xəbərinə görə, ABŞ Qaşıqçı cinayətinin baş şübhəlisi olaraq görülən və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın keçmiş müşaviri olan Kahtanidən hesab verilməsi üçün bağlı qapılar arxasınadında Səudiyyə Ərəbistanına təzyiq edir, ancaq Ər-Riyad rəhbərliyi bu məsələdə dirənir.
 
 Xəbərə görə, ABŞ-lı bir səlahiyyətli Kahtaninin hələ də vəliəhd bin Salmana əl altından müşavirlik etdiyini bildirib. Bir Səudiyyə səlahiyyətlisi də "Bin Salman hələ də tövsiyə üçün Kahtaniyə gedir və Kahtaninin yaxınlarına hələ də özünün müşaviri olduğunu deyir" deyə bildirib.
Şahzadə bin Salmanın Kahtanini qoruyub, saxlamağa davam etdiyini vurğulayan səlahiyyətli, "Məhəmməd bin Salman üçün Kahtan öz məhkəməsinin bel sümüyüdür və Məhəmməd, Kahtaniyə ona toxunulmayacağı və Qaşıqçı cinayətinin təsiri sönəndə məhkəmədəki vəzifəsinə qayıdacağına dair təminat verib" deyə qeyd edib.
 
ABŞ BİN SALMANIN MƏSULİYYƏT DAŞIDIĞINI GÖRMƏK İSTƏYİR
 
 Xəbərə görə, Səudiyyə rəsmiləri də Kahtan haqqında səyahət qadağası olmasına baxmayaraq BƏƏ paytaxtı Abi Dabiyə getdiyini ifadə edib.
Kahtan həmçinin insanlar şikayət edənə və ona qadağa qoyulana qədər ən az iki dəfə də kral məhkəməsinə getdiyi bildirilib.
ABŞ-ın Kahtaninin müxalifləri izləmək üçün qurduğu media mərkəzinin qapadılmasını da istədiyi, ancaq Ər-Riyad rəhbərliyinin buna da qarşı çıxdığı qeyd edilib.
ABŞ-lı bir Xarici İşlər Nazirliyinin rəsmisi də ABŞ-ın vəliəhd şahzadənin Qaşıqçı cinayəti məsələsində bir az məsuliyyət daşıdığını görmək istədiyini ifadə edib.
 
EDAMLA MÜHAKİMƏ OLUNAN 5 ŞƏXS
 
 Xəbərə görə, iki Səudiyyə səlahiyyətlisi Qaşıqçı cinayətinə dair Səudiyyə Ərəbistanında edamla mühakimə olunan 5 nəfərin bin Salmana yaxın şəxslər olan Əhməd Al-Assiri, Mahər Mutreb, Salah al-Tubaigy, Mustafa Madani və Thaar Ghaleb al-Hərbi olduğunu bildirib.
Sözügedən 5 nəfərin Qaşıqçı cinayəti üçün İstanbula gələn şəxslər arasında adları çəkilirdi. Şahzadə bin Salmana ən yaxın şəxslərdən biri olaraq görülən Assiri, Səudiyyə kəşfiyyat təşkilatında yüksək səviyyədə xidmət edirdi.
57 yaşındakı Mustafa əl Madani Qaşıqçı-ya oxşarlığı səbəbindən Səudiyyə jurnalistin dublyoru kimi istifadə edilmiş, cinayətdən sonra Qaşıqçı-nın paltarlarını geyinərək Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğundan çıxaraq, İstanbul küçələrində dolaşmışdı.
Mahər Abdulaziz Mutreb Səudiyyə şahzadəsinin qorunmasını təmin edərkən, Thaar Ghaleb al-Hərbi isə yüksək səviyyəli bir leytenantdır. Salah al-Tubaigy də meyitin yarılması mütəxəssisidir.
 
KAHTANİ KİMDİR?
 
 Vəliəhd şahzadə Məhəmməd ibn Salmanın mətbuat üzrə müşavirliyini edən Kahtan, Qaşıqçı-nın öldürülməsi üçün İstanbula göndərilən sui-qəsd qrupunun rəhbəri olduğu irəli sürülür.
Səudiyyə Ərəbistanında müxalifləri hədəf alan “online troll ordusu” qurduğu iddia edilən Kahtanı, ABŞ-ın Qaşıqçı cinayətilə bağlı sanksiya siyahısına saldığı 17 nəfər arasında yer alır.
Kahtani Səudiyyə Ərəbistanının kralı Salman bin Abdulazizin Qaşıqçı-nın öldürülməsindən sonra vəzifədən çıxardığı 5 şəxsdən biridir.
Müxalifət.az