Sudandakı fövqəladə vəziyyət rejimi ilə bağlı - Yeni məlumat

Baxış sayı:
4138

Sudan Prezidenti Ömər əl-Bəşir tərkibində Müdafiə və Xarici İşlər Nazirliyi də daxil olmaqla, 6 nazirliyin tərkibini dəyişdirib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatl sputnik yayıb. Məlumata görə, prezidentin fərmanına əsasən, ölkədəki 18 əyaləti idarə etmək üçün ordudan nümayəndələr təyin edilib. Həmçinin bildirilib ki, bəzi nazir müavinləri və baş katiblər də vəzifədən azad edilib. Lakin işdən çıxarılan şəxslərin isə adları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Sudan Prezidenti Ömər əl-Bəşir ölkədə fövqəladə vəziyyət elan edərək hökumətin buraxıldığını bəyan edib. O, bu vəziyyətin 1 il müddətinə davam edəcəyini bildirib.