Sudanda yeni hərbi çevrilişə cəhd

Baxış sayı:
6967

Sudan Hərbi Keçid Şurası ölkədə yeni çevriliş cəhdinin qarşısının alındığını bəyan edib. Şuradan edilən açıqlamaya görə, hadisə ilə əlaqədar bir komandir və bəzi zabitlər nəzarətə alınıb.
 
Sudan televiziyasından oxunan açıqlamada, "Çevriliş cəhdinə əngəl olundu" deyilib.
Sudan Hərbi Keçid Şurası maneə törədilən yeni çevriliş cəhdinin müxalifətlə əldə olunacaq son razılaşmanı pozmaq məqsədli olduğunu və cəhddə olan bir komandir və bəzi zabitlərin nəzarətə alındığını açıqlayıb.
Qeyd edək ki, Sudanda 19 dekabr 2018-də iqtisadi böhran səbəbiylə başlayan nümayişlərin sürətlə rejim əleyhinə aksiyalara çevrilməsindən sonra ordu 11 apreldə rəhbərliyə əl qoyduğunu açıqlamış və 30 illik Ömər əl-Bəşir dövrü sona çatmışdı.
Çevrilişdən sonra Hərbi Keçid Şurasının rəhbəri AbdülFettah Abdülrahman Burhan 9 ay içərisində demokratik seçkilərlə mülki idarəetməyə keçilməsi üçün seçkiyə gediləcəyini açıqlamışdı.
Müxalifət.az