Sudanda hərbi çevrilşdən sonra Ərəb dünyası ayağa qalxdı

Baxış sayı:
12487

 Sudanın Hərbi Keçid Şurasını dəstəklədiyini açıqlayan Ərəb Birliyi beynəlxalq ictimaiyyətə ölkədəki sabitlik və uzlaşma dəstəkləmə çağırıb. Səudiyyə Ərəbistanından da Sudandakı hərbi çevrilişə dəstək açıqlaması verilib. Açıqlamada, Hərbi Keçid Şurasının elan etmiş olduğu addımların dəstəklənməsi və Sudan xalqının yanında yer alındığı vurğulanıb. Bir dəstək də BƏƏ-dən gəlib.
 
Mərkəzi Misirin paytaxtı Qahirədəki Ərəb Birliyi tərəfindən edilən açıqlamada, Sudan Hərbi Keçid Şurasının sədri Əbdul- Fəttah el-Burhanın atdığı addımlardan duyulan məmnuniyyət vurğulanıb.
Səudiyyə Ərəbistanının kralı Salman bin Abdulazizin Sudana dərman, neft məhsulları və buğda olan yardım paketi təqdim edilməsi tapşırığı verdiyi də qeyd olunub.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada da, "Sudan Hərbi Keçid Şurasının xalqın yanında dayanmaq, can və mal təhlükəsizliyini təmin etmək üçün elan etdiyi addımları dəstəkləyir və təsdiq edirik" deyə qeyd olunub.
Müxalifət.az