​Su anbarı çökdü, 5 nəfər öldü: Əhali təşvişdə

Baxış sayı:
8614

Kolumbiyada inşa edilməkdə olan İtuanqo su anbarında baş verən çökmə nəticəsində 5 nəfər ölüb.
Muxalifet.az xəbər verir ki, yarana biləcək daşqın səbəbindən bölgədə yaşayan 5 minə yaxın insan təxliyə edilib.
Məlumata görə, hadisənin baş verdiyi Antioqiua bölgəsinin administrasiyası fövqəladə vəziyyət elan edib.
Ehtimallara görə, yaxın zamanda daha çox insan ərazidən evakuasiya ediləcək.