Səttar Mehbalıyevin “putyovka” biznesinin şəriki – HADI RƏCƏBLİ YENƏ GÜNDƏMDƏ

Seçki qanunverciliyini pozmaqda ittiham olunan Adil Əliyev həftənin ikincisidir; Məmurlar haqqında ən çox yazan sayt isə...

Baxış sayı:
8620

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Səttar Mehbalıyevin “putyovka” biznesində deputat şərikləri kimdir? Milli məclisin əməkdaşları niyə görəsən ancaq “Palıdlı Sahil”istirahət mərkəzində  istirahət edə bilirlər?” başlıqlı məqalənin 2 saytda yayılması ilə deputat, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan deputatlar arasında 2-ci və sonuncu yerə isə “Adil Əliyevdən seçki qanunverciliyinin pozulmasına yönəlik addım” adlı məqalənin 1 elektron KİV-də yayılması ilə deputat  Adil Əliyev adını yazdırmışdır.

MƏMURLARDAN ƏN ÇOX YAZAN SAYT

Yeri gəlmişkən, həftəlik təhlil üçün əldə edilən 89 məlumat ümumilikdə 32 elektron KİV-də yayılmışdır. Onlardan 18-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində 14 elektron KİV arasında fia.az ən çox bu kimi məlumatları paylaşmışdır. Paylaşdığı 12 məlumatdan 10-u ilk dəfə bu saytda verilmişdir.  Qeyd edək ki, bu monitorinq aparılan dövr ərzində rekord göstəricidir.

Muxalifet.az