​Səs yazısını dinləyən Xoşqədəm eşitdiklərindən ŞOKA DÜŞDÜ

Baxış sayı:
9178

Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ona qarğış edən şəxsin kimliyini canlı yayımda açıqlayıb.
O, verilişə müraciət edən Gülanəni uşaqlarına qovuşdurduqdan sonra ondan təhdid və qarğış dolu mesajlar aldığını bildirib:
"Mən Gülanənin qaynanasını və baldızını sosial şəbəkədə əngəlləmişəm. Çünki çox pis söyüşlər və qarğışlar yazırdı. Səhər yuxudan ayılanda "İstagram"a baxıb gördüm ki, o, mənə səsli sms göndərib. O, mesajda əkizlərim üçün elə bir bəddua etmişdi ki, özümdən asılı olmayaraq telefonu atıb hönkür-hönkür ağlamağa başladım. Sanki onun dedikləri olmuşdu. Sonra özümə gəlib dedim ki, bəyəm mən pis bir şeymi etmişəm. Mən ananı öz balasına qovuşdurdum. Biz ananın əlindən alınan uşağı geri qaytarırıqsa savab iş görürük".