Sərxoş halda Bakının mərkəzində dava salan deputat haqda ŞOK FAKTLAR - “Restoranda baş redaktorla əlbəyaxa oldu...”

Deputat Rafael Cəbrayılovun borcu isə öz əl yazısı ilə təsdiq olundu

Baxış sayı:
7999

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 10-16 dekabr 2018-ci il tarixində elektron mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Daha bir deputat sərxoş halda Bakının mərkəzində dava saldı”, “Restoranda deputat və baş redaktor əlbəyaxa oldu-(Yenilənib)”, “Azərbaycanlı deputat içki içib, dava saldı - Bakının mərkəzində” başlıqlı  3 məqalənin 13 elektron KİV-də yayılması ilə deputat Kamran Nəbizadə tutur.

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 2-ci yeri “Deputatın aldatdıqları Milli Məclisə üz tutur - Rafael Cəbrayılovdan kütləvi şikayətlər - Video”, “Deputatla bağlı şok sənədlər yayıldı - Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu - FOTO” başlıqlı  2 məqalənin 4 elektron KİV-də yayılması ilə deputat Rafael Cəbrayılov tutur.


Muxalifet.az