“Şərqi Fərat” əməliyyatında geri sayım başladı

Baxış sayı:
7516

Suriyada terrorçulara yönəlik əməliyyat an məsələsidir. Türkiyə Silahlı Qüvvələri sərhəd hərbi birliklərindəki icazələri və təyinatları dayandırıb.
 
Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək üçün son günlərdə Suriya sərhədinə hərbi daşımaları sürətləndirən Türkiyə Silahlı Qüvvələri (TSQ) bölgədəki terror təşkilatlarına qarşı hərəkətə keçməyə hazırlanır.
 
Geri sayım başladı
 
ABŞ-ın dəstəklədiyi bölücü terror təşkilatı PKK-nın Suriyadakı davamı YPG-yə böyük bir zərbə vurmağa hazırlanan qəhrəman Türk əsgəri, əməliyyat üçün geri sayıma başlayıb.
 
Sərhəddə icazələr və təyinatlar dayandırılıb
 
Xəbərə görə, PKK-ya yönəlik əməliyyat an məsələsidir. TSQ şərq və cənub-şərqdəki sərhəd hərbi birliklərində icazələri və təyinatları 3 aylığına dayandırıb.
Bölgədəki intensiv hərəkətlilik davam edir.
Müxalifət.az