​Sərnişinlərə ŞAD XƏBƏR - Yükləri daşımaq üçün pulsuz xidmət

Baxış sayı:
13906

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı Nəqliyyat Qovşağında sərnişinlərə yüklərini daşımaq üçün arabalar təqdim edilir.
BBAK-nin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədovanın verdiyi məlumata görə, sərnişinlər arabalardan pulsuz istifadə edə biləcək.
“Bir neçə müddətdir fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla daşıya bilər. Sərnişinlərdən tək xahişimiz arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün yerinə qoymasıdır. Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər. Bir daha qeyd edim ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir”.