Sərnişin təyyarəsi uçuş zamanı yandı - VİDEO

Baxış sayı:
5338

Yaponiyanın "Japan Airlines" hava şirkətinə məxsus "Boeing 767" sərnişin təyyarəsi Tokio-Honkonq reysini həyata keçirən zaman yanıb.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, bu səbəbdən təyyarədəki 137 nəfər dərhal təxliyyə edilib. Onlardan 3-ü tüstüdən zəhərlənib. Zərərçəkənlərə tibbi yardım göstərilib.

İlkin məlumata görə, yanğın təyyarənin köməkçi blokunda baş verib.