​SƏRKİSYAN QARABAĞLINI PREZİDENT EDİR

Baxış sayı:
727

Ermənistanın yeni prezidentinin adı hakim Respublika Partiyasının İcraedici Orqanının iclasından sonra müəyyən olunacaq.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.
 “Maraqlı məqam odur ki, hazırda prezidentliyə hakim partiyadan əsas namizədlərdən biri kimi hətta arxiyepiskop Navasard Kçoyanın adı çəkilir. Lakin bəzi mənbələr namizədin ya Arkadi Qukasyan, ya da hazırda Londonda yaşayan keçmiş diplomat Armen Sərkisyanın olacağını iddia edirlər. Prezidentliyə namizədin adı 28 yanvarda Serj Sərkisyan tərəfindən elan ediləcək”, – qəzet yazıb.
Qeyd edək ki, Arkadi Qukasyan qondarma Dağlıq Qarabağ rejiminin keçmiş rəhbəridir.