​Sərkisyan Köçəryana HÜCUM HAZIRLAYIR: 1 mart olayı

Baxış sayı:
5398

1 mart uzun illər Levon Ter-Petrosyanın Serj Sərkisyana təsir vasitəsi idi. Serj Sərkisyan isə öz növbəsində bunu Robert Köçəryana qarşı daim silah kimi istifadə edirdi.
Bu barədə erməni ekspert Sərkis Artsruninin “1in.am” saytında dərc olunan şərhində bildirilir.
“Sərkisyan üçün Petrosyan siyasi faktor kimi neytrallaşdırılıb. Üstəlik, 1 mart hadisələrinin yenidən gündəmə gətirilməsi Yelk Bloku üçün də ciddi nəticələr verməyəcək. Blokun bu hadisələrlə bağlı təqdim edəcəyi qanun layihəsi böyük ehtimalla qəbul edilməyəcək. Lakin parlamentdə bu hadisələrlə bağlı dinləmələrin keçirilməsinə razılıq, görünür, Serj Sərkisyana lazımdır. Sərkisya bu dinləmələri indiki vaxta salmaqla bundan Köçəryana qarşı istifadə etməyə çalışır. Təsadüfi deyil ki, Respublika Partiyasının deputatı dünən Köçəryanın dindərilməsi gərəkdiyini söyləyir. Məhz parlament dinləmələri də bu kontekstdə aparılacaq. Onun formal nəticəsi Serj Sərkisyan üçün vacib deyil, əsas məsələ Köçəryana göndərilən siyasi mesajdır ki, bu da siyasi təhdidi xatırladır. Aydındır ki, Sərkisyan Köçəryan siyasi dövrünə son qoymağı və bu alınmasa belə onun sistemə təsirini azaltmağı planlaşdırır. Sərkisyanın məhz özü Köçəryana hücumu hazırlayır”, – deyə məqalədə bildirilib./axar/