​Sərkisyan Ermənistana Brejnev dövrünü qaytarır - QRİQORYAN

Baxış sayı:
4852

Ermənistanda ilk dəfədir ki, prezident heç bir müqavimətə rast gəlmədən ölkə prezidenti seçilir.
Muxalifət.az xəbər verir ki, bunu "1in.am" saytına müsahibəsində erməni politoloq Stepan Qriqoryan söyləyib.
"Ermənistanda konstitusiya elə dəyişdirildi ki, ikinci cəmiyyətin irəli sürülməsi üçün heç bir imkan yaranmadı. Nəticədə rəqabət imkanları itdi. Bu, çox ciddi və təhlükəli nəticələrə gətirib çıxaracaq. Bizə Brejnev dövrünün durğunluğu yenidən qayıdır. Ən böyük təhlükə ölkədə konstitusiyaya əməl edilməməsi deyil, ən böyük təhlükə siyasi plüralizmin itməsidir. Bu isə bütün siyasi proseslərin sonu deməkdir. Aydındır ki, Serj Sərkisyan Ermənistanda müxtəlif vasitələrlə birpartiyalı sistem yaradır" - deyə o bildirib.