Şri-Lanka hücumlarının arxasındakı qrup məlum oldu

Baxış sayı:
10858

 Cənubi Asiya ölkəsi Şri-Lankada Pasxa Bayramında kilsələri və mehmanxanaları partladan terror hücumlarının arxasındakı qurum ortaya çıxıb.
 
290 nəfərin həyatını itirdiyi partlayışları yerli bir hərbi qrupun törətdiyi bildirilib. Açıqlamanı beynəlxalq xəbər agentlikləri son dəqiqə kodu ilə yayımlayıblar.
Açıqlamaya görə, hərbi qrup beynəlxalq şəbəkədən yardım alıb. Hökumət sözçüsü Rajitha Senaratne, "Beynəlxalq bir dəstək olmadan hücumlar uğurlu olmazdı" - deyib.
Qeyd edək ki, bazar günü üç kilsə və üç mehmanxanaya girən intihar təcavüzkarları üstündəki partlayıcıları partladaraq hücumlarda yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olmuşdu. Şri-Lanka rəsmiləri qətliamda yeddi intiharçının iştirak etdiyini qeyd edib.
Müxalifət.az