​Sərhəddə əməliyyat: 11536 fişəng ələ keçirildi

Baxış sayı:
202

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olmuş məlumat əsasında külli miqdarda pirotexniki vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən  bildirilib ki, noyabrın 13-də Gürcüstandan ölkəmizə kartof yükü gətirən Azərbaycan Respublikası vətəndaşı Səttarov Səttar Əlisahib oğlunun idarə etdiyi DAF markalı, 99 DJ 787 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin 99 ZC 556 nömrəli yarımqoşqusuna Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı yarımqoşqunun içərisindən 508 qutuda qablaşdırılan 11536 ədəd fişəng və 5 milyon 845 min ədəd müxtəlif markalı pirotexniki vasitə aşkar edilib.
Qeyd edək ki, gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan olunmayan pirotexniki vasitələr yarımqoşqunun ön və arxa hissəsinə kartof yükü yerləşdirilməklə gömrük nəzarətindən gizlədilməyə çalışılıb.
Faktla bağlı araşdırma aparılır.