Sərhəddə divarlar qalxdı: TANKLAR HƏRƏKƏTƏ KEÇİR

Baxış sayı:
678

TSK-nın Afrinə keçirəcəyi əməliyyat üçün şəhərə 7 giriş nöqtəsi müəyyən olunub.
 
Ankara ilə Moskva arasındakı Afrin diplomatiyası sürərkən, Rusiyanın Türkiyə ilə sərhəd xəttinə yaxın 3 regionda 61 əsgərini şəhərin cənubundakı Minnig Hərbi Bazasına çəkdiyi öyrənilib. Ancaq kritik 6 regionda ümumilikdə 102 Rus əsgərinin hələ də yerlərini qoruduğu bildirilib. Fərat Qalxanı əməliyyatı ilə təhlükəsiz hala gətirilən Cerablus və Azez xəttində isə dünən gün boyu hərəkətli saatlar yaşanıb. 4 ayrı qrupdan ibarət Azad Suriya Ordusunun (ASO) qoşunları bölgəyə sövq edilərkən, Afrinin şərq qanadında Türk əsgərinin ASO ilə birlikdə şəhərə girəcəyi 7 nöqtə müəyyən olunub. Türkiyə-Afrin sərhəd xəttində də 12 nöqtədə əməliyyat üçün sərhəd divarlarının qaldırıldığı qeyd edilib.
Müxalifət.az