Sərhəd qoşunları taktiki döyüş təlimlərinə başladı - FOTOLAR

Baxış sayı:
1159

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri birgə döyüş təlimlərinə start veriblər. Avqustun 10-da başlayan təlimlərin əsas məqsədi Azərbaycanın Xəzərdəki neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili səviyyəsni yüksəltməkdir. Təlimlər zamanı dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi kimi məşqlər də keçiriləcək. Bundan başqa, DSX-nin raket-artilleriya qurğularından atışların keçirilməsi nəzərdə tutulur. (Virtualaz.org)